İyun 03, 2022 20:01 Asia/Baku
  • Avropada

Fransa, İngiltərə, İspaniya, Portuqaliya, İtaliya, Belçika və Almaniya da daxil olmaqla bir çox Avropa ölkəsində yeni "Meymun Çiçəyi" virusuna çoxlu sayda yoluxma faktı qeydə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropada hələ də səngiməyən koronavirusla yanaşı "Meymun Çiçəyi" virusunun yayılması bu qitənin səhiyyə sistemini xəbərdarlıq vəziyyətinə gətirib. 

Müvafiq ekspertlərin məlumatına Meymun, kenquru və siçanlar bu xəstəliyi insanlara ötürürlər və sonra insandan insana keçmə prosesi baş verir.

Ümumiyyətlə, qızdırma və titrəmə, yorğunluq, baş ağrısı və əzələ ağrıları meymun çiçəyi virusunun ilkin əlamətləridir.

Virus həmçinin orqanizmin həzm sisteminə, gözlərə və sinir sisteminə də zərər verə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının dediyinə görə; bu xəstəlik hələlik epidemiya elan oluna bilməz. Amma yaxın günlərdə daha sürətlə yayılacağı ehtimal edilir. 

Fransada indiyədək Meymun Çiçəyi xəstəliyinə 33 yoluxma faktı qeydə alınıb və çoxlu sayda şübhəli hallar laboratoriyalarda araşdırılır.

Uşaqlar və hamilə qadınlar daha çox risk altındadırlar. 

Hazırda ciddi narahatlığa heç bir əsas yoxdur. Amma bu yeni bir fenomendir ki, onun qarşısında çox diqqətli olmaq lazımdır.

Səhiyyə mənbələrinə görə; Meymun Çiçəyi ilk dəfə 1958-ci ildə bir Afrika ölkəsində aşkar edilib.

Avropa hazırda 500-dən çox yoluxma hadisə ilə dünyada bu virusun episentridir. 

 

Teqlər