İyun 11, 2022 11:55 Asia/Baku
  •  Putin Ukraynanın işğalını

Kreml bütün işğal edilmiş əraziləri Rusiyaya bir federal dairədə birləşdirmək istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Putin administrasiyasına yaxın olan üç mənbəyə istinadən "Meduza" nəşri məlumat verib.

Məlumatda deyilir ki, 2014-ci ildən bəri Ukraynanın işğal edilən əraziləri saxta referendumlar yolu ilə Rusiyanın bir federal dairəsi olacaq və Kreml 2014-cü ildən işğal etdiyi Ukrayna ərazilərini bir federal dairədə Rusiyaya birləşdirmək istəyir. Buraya üzdəniraq "DXR", "LXR", həmçinin Xerson və Zaporojye vilayətlərinin işğal edilmiş əraziləri daxil edilə bilər.

Nəşr qeyd edir ki, dairə həmin ərazilərdə Rusiyaya birləşmək haqqında referendumlar keçiriləndən sonra yaradıla bilər.

Nəşr referendumların iki mümkün tarixini açıqlayıb. Birinci referendum "cəbhədə vəziyyət imkan verərsə", iyulun ortalarında", ikinci referendum isə "daha realdır", sentyabrın 11-də keçiriləcək. Rusiyada həmin gün qubernator seçkiləri keçiriləcək.

Hazırda Rapoport "DXR" və "LXR"-də, habelə Xerson və Zaporojye vilayətlərinin "hərbi-mülki administrasiyalarında" referendumlara hazırlıqla məşğul olacaq məmurları seçir.

Nəşrin sözlərinə görə, oyuncaq respublikaların hazırki rəhbərləri Denis Puşilin və Leonid Paseçnik tezliklə öz postlarından məhrum ola bilər. Onları rusiyalı məmurlar əvəz edəcək.

Bu arada ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Maykl Karpenter deyib ki, Rusiya hakimiyyəti insan haqlarının və beynəlxalq hüququn pozulması ilə müşayiət olunan Xerson vilayətinin ilhaqı prosesini rəsmiləşdirməyə başlayıb.

Teqlər