İyun 11, 2022 14:00 Asia/Baku

Rusiyanın Vaşinqtondakı səfiri Vaşinqtonla Moskva aradında münasibətlərin kritik həddə çatdığını bəyan edib.

 SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Antonov  deyib: "Vaşinqtonla Moskva arasında münasibətlər indi kritik həddə çatıb, ikitərəfli dialoq dalana dirənib."

O, Rusiya diplomatik missiyasında qarşıdan gələn Rusiya Günü münasibəti ilə keçirilən ziyafətdə qeyd edib: "Rusiya qarşılıqlı hörmət və bərabərliyə əsaslanan diplomatik əməkdaşlığa açıqdır, xüsusən indi, dünya bir çox problemlərlə üzləşdiyi və bütün dünya ictimaiyyətinin koordinasiyalı reaksiyasını tələb edən bir vaxtda".

 Antonovun vurğulayıb ki, Rusiya Federasiyası beynəlxalq hüquqa ciddi əməl edən dünya birliyinin nüfuzlu və məsuliyyətli üzvüdür. Xarici siyasət prioritetləri aydındır: sərhəd təhlükəsizliyini qorumaq və daxili inkişaf üçün əlverişli şərait yaratmaq. Rusiya həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin tərəfdarı olub. 

Eyni zamanda, onun sözlərinə görə, ABŞ-a görə ikitərəfli siyasi dialoq indi çıxılmaz vəziyyətə düşüb. Üstəlik, düşmənçilik gündəlik həyatın bir hissəsinə çevrilib.

Antonov əmin olduğunu bildirib ki, Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyət dünyada təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Onların arasında dialoq bütün dünya birliyinin maraqlarına cavab verir.

Teqlər