İyun 13, 2022 18:58 Asia/Baku
  • Rusiya
    Rusiya

Bir müstəqil araşdırma müəssisəsi bildiribdir ki, Rusiya Ukrayna müharibəsinin ilk yüz günü ərzində fossil enerjilər ixracatı yolu ilə doxsan üç milyard avrodan çox gəlir əldə edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Finlandiyada yerləşən enerji və təmiz hava mərkəzi Rusiya nefti və qazının doxsan üç milyard avroluq satışından xəbər verib. Qeyd edibdir ki, bu ixracatın başlıca hissəsi Avropa Birliyi ölkələrinə həyata keçirilibdir.

Avropa Birliyi Ukrayna müharibəsinin ilk yüz günü ərzində Rusiyadan 57 milyard avro civarında neft idxal edibdir.

Bu müddət ərzində Rusiyadan ən böyük neft idxalatçıları müvafiq olaraq, on iki milyard altı yüz milyon avro ilə Çin, on iki milyard yüz milyon avro ilə Almaniya və yeddi milyard səkkiz yüz milyon avro ilə İtaliya olubdur.

Rusiyanın neft ixracatının miqdarı azalmış və bu ölkə öz neftini beynəlxalq bazarlarda daha aşağı qiymətə satmağa məcbur olsa da, yenə də Rusiya, enerji qiymətinin dünya səviyyəsində artmasından mənfəət qazanıbdır.

 

Teqlər