Silahlarınızı yerə qoyun
-
Rusiya
Rusiya «Severodonetsk»dəki kimya zavodunda mühasirəyə alınmış Ukrayna qüvvələrinə müraciətdə bildirib ki, onların silahlarını yerə qoyub, təslim olmaq üçün bu gün səhərədək vaxtları var.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna iddia edibdir ki, Severodonetsk şəhərində yerləşən «Azot» kimya zavodunda beş yüzdən çox mülki, əsgərlərlə birlikdə tələyə düşüb.
Rusiyanın milli müdafiə idarəetmə mərkəzinin direktoru Mixail Mizintsev "İnterfaks" xəbər agentliyinə bildiribdir ki, ukraynalı döyüşçülər Moskva vaxtı ilə bu gün- çərşənbə günü səhər saat səkkizdən öz dəlilsiz müqavimətlərini dayandırmalıdırlar.
Mizintsev qeyd edib ki, mülkilər humanitar dəhliz vasitəsilə azad ediləcəklər.
Ukraynanın şərqində yerləşən "Azot" zavodunun mühasirə və bombardman edilməsi, Mariupoldakı "Azovstal" poladəritmə zavodunun mühasirəsini yada salır ki, oraya sığınmış bütün ukraynalı qüvvələr nəhayət may ayının ortalarında təslim oldu və Rusiyaya köçürüldülər.