Dünyadakı ərzaq böhranı barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i390172-dünyadakı_ərzaq_böhranı_barədə_xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edibdir ki, əgər dünya Ukrayna müharibəsinin yaratdığı kəskin ərzaq böhranını dəf edə bilməsə, mövcud ərzaq böhranı dünya əhalisinin daha çox hissəsini əhatə edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2022 08:18 Asia/Baku
  • ərzaq böhranı
    ərzaq böhranı

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edibdir ki, əgər dünya Ukrayna müharibəsinin yaratdığı kəskin ərzaq böhranını dəf edə bilməsə, mövcud ərzaq böhranı dünya əhalisinin daha çox hissəsini əhatə edəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya və Ukrayna birlikdə dünya səviyyəsindəki buğdanın otuz faizindən çoxunu, yağ dənələrinin səksən faizini, eləcə də qarğıdalının nəzərəçarpacaq hissəsini istehsal edirlər. Rusiya həmçinin kimyəvi gübrələrin ən böyük ixracatçılarından sayılır, buna görə də bu strateji məhsulların ixracında pozuntunun yaranması, dünyada ərzaq böhranına səbəb olub və yaxın gələcəkdə dünya səviyyəli qıtlığın yaranması barədə çoxsaylı xəbərdarlıqlar edilibdir.

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarı Filippo Qrandi çərşənbə günü keçirilən brifinqdə vurğulayıbdır ki, ərzaq təhlükəsizliyinin olmaması böhranına cavab vermək üçün görülən işlər, dünyada daha çox insanın didərgin düşməsinin qarşısının alınması istiqamətində həyati əhəmiyyətə malikdir.

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarı 2021-ci il üzrə illik hesabatını təqdim edərkən xəbərdarlıq edibdir ki, gələn il dünyadakı ac insanların sayı artacaq və onların miqdarı şübhəsiz, çox yüksək olacaqdır.

Qrandinin sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi dünyanı taxıl və gübrələrdən məhrum edəcək, qiymətləri qaldıracaq və bütün dünyada milyonlarla insanı aclıqla təhdid edəcək.

Filippo Qrandi qeyd edib ki, ikidən artıq yol yoxdur; ya bu insan fəlakətinə reaksiya vermək, döyüşlərə son qoymaq və stabil həll yollarına nail olmaq üçün beynəlxalq ictimaiyyət səfərbər olmalıdır, ya da ki, bu gərgin proses davam edəcəkdir.

Bu məlumata görə, 2021-ci ilin sonunda dünyada 89 milyon 300 min mühacir və daxili didərgin var idi ki, bu da on il bundan qabağa nisbətən iki dəfədən çoxdur.

Rusiyanın hücumu on ikidən on dörd milyona qədər ukraynalını ölkəsinin digər hissələrinə və ya xaricə sığınmağa vadar edib.

Bu müharibə dünyadakı didərginlərin sayının ilk dəfə olaraq, may ayında yüz milyon nəfəri ötüb keçməsinə bais olubdur.