ABŞ dünyanı məhvolma uçurumuna sürükləyib
-
Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova «Russia Today» telekanalına müsahibəsində deyib ki, Amerika dünyanı məhvolma uçurumuna sürükləyib.
SəhərAzəri-nin məlumatına əsasən,Zaxarova söyləyib: Beynəlxalq məhkəmə sistemi hamının beynəlxalq hüquq qarşısında bərabərliyini iddia edir. Əgər bir şəxs özünü qanundan yuxarı hesab edərsə, o zaman sistem kəsərsiz olar. Mən eşidirəm ki, amerikalılar Rusiyaya qarşı qeyri-düzgün iddialar irəli sürürlər. Mənim Amerikaya bir sualım var: Görən, Amerika beynəlxalq qanunlara diqqət yetirirmi? Onlar beynəlxalq qanunlara nə dərəcədə maraqlıdırlar? Hər bir ölkənin beynəlxalq qanunlarla bağlı öz fikri ola bilər.
Rusiya öz siyasətləri əsasında bu məsələni nəzərdən keçirir. Amerikalılar isə bizim maraqlarımızı qəbul etmir və yalnız öz maraqlarını düşünürlər. Biz öz hərəkətlərimizi beynəlxalq qanunlar əsasında həyata keçiririk. Onların liberal sisteminə qarşı tənqidimizi ifadə etməyin vaxtı gəlib çatıbdır. Onların bu hərəkəti dünyanı dağılmaq astanasında qoyubdur. Onlar birtərəfli sanksiyalar tətbiq etməklə dünyanın digər nöqtələrini öz təsirləri altına alıblar.
Onlar illərdir, öz vətəndaşlarını öldürən bir ölkəyə silah verirlər. Onlar beynəlxalq qanunlar pozmaq üçün əllərindən gələni edirlər. Biz sanksiyalara praqmatik şəkildə cavab vermişik. Vəziyyət bizim xeyrimizə olubdur. Avropanın qabiliyyətlərini məhdudlaşdırmaq, Amerikanın xeyrinədir, zira Amerika rəqibinin olmasını istəmir. Avropanı Rusiyaya qarşı qoymaq, Amerikanın xeyrinədir.