Ukraynanı qalib edənlər peşman oldular
Ukrayna “Avroviziya” ilə bağlı qərarla razılaşmır
Ukrayna “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyinin ləğvinə etiraz edib.Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko məsələ ilə bağlı açıqlama verib.
SəhərAzəri-nin məlumatına əsasən, Nazir bildirib ki, Avropa Yayım Birliyi (EBU) öz qərarına yenidən baxmalıdır. Çünki Ukrayna üzərinə götürdüyü öhdəliyə əməl etmək iqtidarındadır. Ölkə gələn yarışmayadaək bütün təhlükəsizlik məsələlərini həll edə bilər.
Qeyd edək ki, ötən gün Avropa Yayım Birliyi təhlükəsizlik məsələlərini əsas gətirərək gələn il yarışmanın Ukraynada kerçirilməsi qərarını ləğv edib.
Avropanın bütün qurumları kimi siyasi məqsədlər güdən Avroviziya mahnı müsabiqəsi və Avropa Yayım Birliyinin bu barədə qəbul etdiyi qərarı belə bir şübhəyə səbəb olub ki, qərb dünyası Ukrayna üçün bir ölkə perspektivi görmür və sonunda onu Rusiyanın ağzına atacaq. Bəziləri isə belə fikirləşirlər ki, Avropada Ukrayna müharibəsinin uzanmasına maraqlı olanlar var və məhz buna görə də hətta bir ildən sonra belə, bu ölkəni müharibə şəraitində görürlər.