Vyana konfransında nüvə silahlarının fəlakətli humanitar nəticələri araşdırılıb
Yüksək səviyyəli dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqalarının iştirakı ilə Vyanada keçirilən iclasda ABŞ-ın Xirosima və Naqasakidəki cinayətləri sayəsində nüvə silahlarından istifadənin fəlakətli nəticələri araşdırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, anti-Amerika əhval-ruhiyyənin hökm sürdüyü toplantıda elmi ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, 1945-ci ildə Naqasakidə atom bombardmanından sağ çıxan bir yapon da olub. O, cinayətlə bağlı ağrılı müşahidələrini bölüşüb.
İclasın davamında tədqiqatçılar nüvə silahından istifadənin insan cəmiyyətinə və ətraf mühitə təsiri ilə bağlı apardıqları son araşdırmaların nəticələrini açıqlayıblar.
Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş baş direktoru Məhəmməd Əl-Bəradeyi etdiyi çıxışında deyib: "Biz bəşəriyyətin bir neçə nəfərin təhlükəsizlik ehtiyaclarının girovuna çevrilməsinə icazə verməyəcəyik. Sülh və təhlükəsizlik hərtərəfli olmalıdır".
Beynəlxalq Qızıl Xaç Komitəsinin yüksək səviyyəli üzvü "Cordella Drouge" nüvə silahlarının dağıdıcı təsirlərini vurğulayıb və nüvə fəlakətinin nəsillər arası təsirləri ilə bağlı daha çox araşdırma aparmağa çağırıb.
O, geniş dağıntılar, yüksək itkilər və nüvə radiasiyasının ətraf mühitə ciddi təsirindən bəhs edərək, deyib: "Nüvə silahlarının dağıdıcı gücü kəskin şəkildə artırılıb, lakin hökumətlərin və ya beynəlxalq qurumların qurbanlara kömək etmək imkanı yoxdur".
Bugünkü görüşdə müzakirə edilən əsas mövzulardan biri də II Dünya Müharibəsi zamanı ABŞ-ın o vaxtkı prezidenti Harri Trumenin göstərişi ilə Yaponiya İmperiyasına qarşı həyata keçirilən Xirosima və Naqasaki şəhərlərinin atom bombardmanı olub.
Bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunə olan bu cinayətlər bu iki şəhərin dağılmasına və onminlərcə insanın ölümünə səbəb olmuşdur. İki atom bombası nəticəsində 220 minə yaxın insan həlak olub ki, onlardan 20 min nəfəri hərbçi, qalanları isə mülki əhali olub.
Bugünkü iclasın məqsədi nüvə silahının istifadəsini və inkişafını dayandırmaq üçün onun fəlakətli təsirləri barədə dünyanın məlumatını artırmaq və Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin əhəmiyyətini vurğulamaq idi.