İyun 27, 2022 13:38 Asia/Baku
  • Zülcənah peyk daşıyıcısı
    Zülcənah peyk daşıyıcısı

Ağ Ev İranın Zülcənah peyk daşıyıcısının uğurla orbitə buraxmasına reaksiya verib və bununla bağlı narahatlığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Evin sözçüsü Zülcənah peyk daşıyıcısının orbitə buraxılmasını tənqid edərək, bunu "faydasız və sabitliyi pozan" adlandırıb.

Ağ Ev həmçinin bildirib ki, İranın ballistik raket proqramını daha da inkişaf etdirməsinin qarşısını almaq üçün sanksiyalar tətbiq etmək və digər tədbirlərdən istifadə etmək öhdəliyi var.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da bu yaxınlarda İranın peyk buraxmağa hazırlaşdığına reaksiyada deyib ki, ABŞ İranı gərginliyi azaltmağa çağırır. 

Teqlər