Son 2 həftədə yoluxma sayı 3 dəfə artıb
https://azeri.sahartv.ir/news/dünya-i390727-son_2_həftədə_yoluxma_sayı_3_dəfə_artıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxanların artmasına görə Avropa ölkələrini təcili tədbir görməyə çağırıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 02, 2022 05:46 Asia/Baku
  • Son 2 həftədə yoluxma sayı 3 dəfə artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxanların artmasına görə Avropa ölkələrini təcili tədbir görməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, ÜST son 2 həftədə qitədə yoluxma sayının 3 dəfə artdığını bildirib.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluqe bildirib ki, xəstəliyin arealının genişlənməməsi üçün Avropa ölkələri yaxın aylarda səyləri gücləndirməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı işə ehtiyac var.

Qurumun statistikasına görə, Avropada 4 500 nəfərin meymunçiçəyinə yoluxmas təsdiqlənib. Dünyadakı yoluxmaların 90%-i məhz bu qitədədir.