Lavrov Britaniya hərbi gəmilərinin Qara dənizə daxil olması barədə xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri Britaniyanın öz donanmasını Qara Dənizə daxil etmək cəhdləri barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Britaniya ərzaq böhranı və taxılın Ukrayna limanlardan buraxılmaması bəhanəsi ilə Hərbi Dəniz Qüvvələrini Qara dənizə daxil etməyə çalışır.
Bundan əvvəl Rusiya Ukrayna taxılını daşıyan gəmilərin təhlükəsiz keçidini təmin etməyə hazır olduğunu açıqlamışdı.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl deyib ki, əgər Ukrayna öz limanlarını minalardan təmizləsə və Rusiyanın nəzarətində olan Berdyansk və Mariupol kimi limanlardan yüklərin ixracına zəmanət versə, Moskva Ukrayna taxıl yükləri daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək.
Sülh dövründə Ukrayna ayda altı milyon tona qədər taxıl ixrac edirdi, lakin dəniz limanlarının blokadası martda bu həcmi 300 min tona, apreldə isə təxminən bir milyon tona çatdırdı.
Qeyd edək ki, Ukraynanın bu ayın ilk 10 günündə ixracı ötən ildə bildirilən miqdarın demək olar ki, yarısı qədər olub.