Lavrov Rusiya yük gəmisinin Türkiyə tərəfindən ələ keçirilməsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/dünya-i390833-lavrov_rusiya_yük_gəmisinin_türkiyə_tərəfindən_ələ_keçirilməsinə_münasibət_bildirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə tərəfindən ələ keçirilən Rusiya yük gəmisinin vəziyyətinin əlavə araşdırmaya ehtiyacı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2022 06:40 Asia/Baku
  • Lavrov Rusiya yük gəmisinin Türkiyə tərəfindən ələ keçirilməsinə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə tərəfindən ələ keçirilən Rusiya yük gəmisinin vəziyyətinin əlavə araşdırmaya ehtiyacı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Lavrov deyib: "Bu gəminin yükü Estoniya ilə Türkiyə arasındakı müqaviləyə uyğun olub. Biz bu məsələni xüsusi olaraq araşdırmalıyıq".

Türkiyənin ələ keçirdiyi gəmi cümə axşamı Qara dənizdəki Berdiansk limanından yola düşüb və Rusiya bayrağı altında 7 min ton taxıl daşıyırmış. 

Ukrayna Türkiyədən gəmini ələ keçirməsini istəyib. Kiyev bu gəmidəki taxılın Ukraynaya məxsus olduğunu iddia edir.

Lavrov sözlərinin davamında deyib: "Bu süni böhran yaratma cəhdi qəbuledilməzdir. Bizim taxıl və kimyəvi gübrə ixracımızda Qərbin sanksiyalarının yaratdığı çətinliklərdən başqa heç bir problem yoxdur".