İyul 08, 2022 15:08 Asia/Baku
  • Yaponiyanın sabiq baş naziri həyatını itirdi

Bu gün səhər sui-qəsdə məruz qalan Yaponiyanın sabiq baş naziri Şinzo Abe dünyasını dəyişib.

SəhərAzəri-nin məlumatına əsasən, Yaponiya mediaları az öncə xəbər verdilər ki, bir seçki kampaniyasında güllə ilə hədəfə alınan Yaponiyanın sabiq baş naziri Şinzo Abe həyatını itirib.

Şinzo Abe bu gün, həftə sonunda parlament seçkiləri üçün təbliğat apardığı Nara şəhərində çıxış edərkən peysərindən hədəfə alınıb.

Yaponiyanın böyük keçmişə malik olan rəhbəri saat on bir-otuz dəqiqədə «Kintetsu» vağzalının qarşısında çıxış etdiyi zaman peysər nahiyəsindən hədəfə alındı və iki güllə səsi eşidildikdən sonra yerə yıxıldı.

Atəş açan şəxs təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O, Yaponiya dəniz qüvvələrinin sabiq üzvü, qırx bir yaşlı Tetsuya Yamaqamidir.

Yaponiya Ali Məclisinə seçkilər bu həftənin bazar günü keçiriləcək. Rəy sorğularına əsasən, Şinzo Abenin Liberal-Demokrat Partiyasının qəti qələbə qazanacağı gözlənilir. Bu qələbə Yaponiya konstitusiyasının dəyişdirilməsi məsələsinə daha çox təkan verə bilər.

 

Teqlər