Zelenski Ukraynanın Almaniyadakı səfirini kənarlaşdırıb
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bu ölkənin Almaniyadakı səfiri Andrey Melniki vəzifəsindən azad edib.
SəhərAzəri-nin məlumatına əsasən, Son aylar Melnik Almaniya kansleri Olaf Şoltsa qarşı çox sayda fikir bildirmiş, bir dəfə də Şoltsu “qaraciyər susis”inə bənzətmişdi.
Kiyev Melnikin kənarlaşdırılmasının rəsmi səbəbini elan etməyibdir.
Zelenski Ukraynanın Macarıstan, Çexiya, Norveç, Finlandiya və Hindistandakı səfirlərini də tutduqları vəzifədən azad edibdir.
Bu səfirlərin vəzifələrindən çıxarılmaları ilə bir zamanda, Almaniyada çıxan “Die Welt” qəzeti Amerikanın Ukraynadakı münaqişəyə son qoymağın diplomatik yollarını araşdırmaq üçün əsas avropalı müttəfiqləri ilə gizli müzakirə və məsləhətləşmələr apardığını ifşa edibdir.
“Die Welt” bu məlumatda həmin məsləhətləşmələr barədə artıq detallar verməyibdir.