Amerika nüvə güclərini silahlı münaqişəyə təhrik edir
https://azeri.sahartv.ir/news/dünya-i391068-amerika_nüvə_güclərini_silahlı_münaqişəyə_təhrik_edir
Rusiya Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ABŞ Ukrayna münaqişəsinə görə Moskvaya qarşı kollektiv qarşıdurma yaratmaqla nüvə güclərini münaqişəyə təhrik etmək ərəfəsindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2022 15:54 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ABŞ Ukrayna münaqişəsinə görə Moskvaya qarşı kollektiv qarşıdurma yaratmaqla nüvə güclərini münaqişəyə təhrik etmək ərəfəsindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib: Vaşinqton və onun müttəfiqləri şiddətləndirilmiş Ukrayna böhranını qızışdırmaq və Rusiyaya qarşı kollektiv qarşıdurma yaratmaqla təhlükəli şəkildə bizimlə açıq-aşkar hərbi qarşıdurma ərəfəsindədirlər ki, bu da nüvə gücləri arasında birbaşa silahlı münaqişə deməkdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Rusiyanı başqalarını nüvə silahı ilə təhdid edən bir ölkə kimi göstərmək qəbuledilməzdir.

Rusiya 24 fevral 2022-ci il tarixində Ukraynaya hücum etdi və bu münaqişə hələ də davam edir. Rusiyanın bu addımı Amerika və digər ölkələr tərəfindən pislənilib və Moskvaya qarşı sanksiyalar tətbiq edilibdir.