Dünyada 800 milyon insan aclıqdan ölmək təhlükəsilə üzləşir
-
aclıq
Dünyadakı Aclara Yardım Təşkilatının məlumatına görə, dünyada milyonlarla insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzləşir. İqlim böhranı, korona pandemiyası və silahlı münaqişələr bu böhranı gücləndirdi. Bütün bunlara Ukrayna müharibəsi də əlavə olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Dünyadakı Aclara Yardım Təşkilatı iyulun 12-də yaydığı məlumatda aclıqdan ölüm riskinin dünyada 800 milyondan çox insanın həyatını təhdid etdiyi barədə xəbərdarlıq edib. Bu məlumata görə, ərzaq və qida maddələrinin qiymətlərinin kəskin şəkildə artması bir çox ölkədə bu böhranı daha da ağırlaşdırıb.
Bu təşkilat qeyd edib ki, keçən il iqlim dəyişikliyi, silahlı münaqişələr və korona pandemiyasından irəli gələn böhran nəzərəçarpacaq həddə dünyanın cənub yarımkürəsində ərzaq vəziyyətini daha da pisləşdiribdir.
Lakin bu şərait bu il və Rusiya ilə Ukrayna arasındakı müharibədən sonra daha da ağırlaşıb və çoxları ikiqat artan çörəyin qiymətini ödəyə bilmirlər. Milyonlarla insan qıtlıqla üzləşmə astanasındadır, çünki milyonlarla ailə üçün öz ilkin tələbatını təmin etməkdən ötrü heç bir mənbə qalmayıbdır.