ABŞ müstəqil ölkələrdə Çevriliş cəhdlərində iştirak edib
https://azeri.sahartv.ir/news/dünya-i391097-abŞ_müstəqil_ölkələrdə_Çevriliş_cəhdlərində_iştirak_edib
ABŞ-ın müstəqil ölkələrə qarşı dövlət çevrilişi əməliyyatları planlaşdırması və bu kimi əməliyyatlarda iştirak etməsi faktını təsdiqləyən növbəti etiraf gündəmə gəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 13, 2022 10:03 Asia/Baku
  • ABŞ müstəqil ölkələrdə Çevriliş cəhdlərində iştirak edib

ABŞ-ın müstəqil ölkələrə qarşı dövlət çevrilişi əməliyyatları planlaşdırması və bu kimi əməliyyatlarda iştirak etməsi faktını təsdiqləyən növbəti etiraf gündəmə gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində olmuş Con Bolton xaricdə çevrilişlərin hazırlanmasında iştirak etdiyini bildirib.

Bu barədə o, çərşənbə axşamı CNN-ə müsahibəsində deyib.

 “Burada (ABŞ-da) yox, başqa yerlərdə çevrilişlərin planlaşdırılmasına kömək edən biri kimi mən demək istəyirəm ki, bu, ədalətli işdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın son əsrdə müstəqil ölkələrə müdaxiləsi və qanuni hökumətlərin devrilməsindəki rolu barədə bir çox faktlar mövcuddur. İranda 19 avqust 1953-cü il Müsəddiq hökumətinə qarşı dövlət çevrilişi bunun nisbətən qədim nümunəsidir. Türkiyədə 2016-ci ildə baş verən dövlət çevrilişində isə rəmi Ankara ABŞ-ın əli olduğunu bildirmişdir. Həmin dövlət çevrilişinə cəhd Fətullah Gülənin tabeliyində olanlar tərəfindən törədildiyini bildirən Türkiyə dövləti, Gülənin ekstridisiyasını tələb etsə də Amerika bu tələblə heç cür razılaşmamışdır.