Qərbin hökmranlığı dövrü başa çatıb
İngiltərənin keçmiş baş naziri Toni Bleyr etiraf edib ki, Qərbin dünya üzərində hökmranlığı dövrü başa çatmaq üzrədir.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin keçmiş və militarist baş naziri Diçley fondunun illik tədbirindəki çıxışı zamanı məsələyə belə aydınılıq gətirib: Qərbin siyasi və iqtisadi hökmranlığı dövrü başa çatmaq üzrədir və dünya ikiqütblü və ola bilsin ki, çoxqütblü səmtə doğru hərəkət edəcək.
İngiltərənin keçmiş və militarist baş naziri Çini "dünyanın ikinci supergücü" adlandırıb.
Bleyerin fikrincə, Çin prezidenti Si Cin Pin Tayvanı Pekinin nəzarətinə qaytarmaq niyyətində olduğunu gizlətmir.
Çin ilə mübarizədə “yumşaq güc”ün əhəmiyyətini vurğulayan bu ingilis siyasətçi deyib: Rusiya və ehtimal üzrə İran, yeni çoxqütblü dünyada Pekinin əsas müttəfiqlərinə çevriləcəklər.