Kanada Rusiyanın G-20 toplantısında iştirakını tənqid edib
Kanadanın maliyyə naziri bildirib ki, Rusiyanın İndoneziyada keçirilən G-20-nin nazirlər səviyyəli toplantısında iştirakı “əbəs” olub, “yanğın törədənin yanğınsöndürənlərin toplantısına dəvət olunması” kimidir.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna əslli olan Kanadanın maliyyə naziri və bu ölkənin baş nazir müavini Kristiya Friland bir mətbuat konfransında deyib ki, Ottava qəti şəkildə Rusiya rəsmilərinin beynəlxalq yığıncaqlarda iştirakına qarşıdır.
20-lər qrupunun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin İndoneziyada keçirilən yığıncağı şənbə günü Rusiyanın Ukraynaya hücumu üstündə yaranmış fikir ayrığlığına görə, birgə bəyanat qəbul etmədən başa çatıb.
Kristiya Friland digər tərəfdən, Kanadanın Ukrayna prezidenti Vladimir Zelenskinin "qəbuledilməz" adlandırdığı Rusiyanın "Şimal axını" qaz kəmərinin təmir edilmiş turbinlərinin Almaniyaya qaytarılması ilə razılaşma üzrə qərarını müdafiə edib və belə deyib: Bu haqda qərar çıxarmaq çox çətin olsa da, qəbul edilən qərar, yaxşı qərar idi.