İyul 18, 2022 13:48 Asia/Baku
  •  Bayden
    Bayden

Sionist rejimin BMT-dəki keçmiş səfiri öz tvitter səhifəsində yazıb ki, ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstinə səfəri uğursuzluqla nəticələnib.

SəhərAzəri-nin məlumatına əsasən, Dani Danon bir Tvitdə vurğulayıb ki, Baydenin İsrailə səfəri uğursuz olub və bu uğursuzluğun ilk əlamətləri İranın öz hərbi gücü ilə fəxr etməsidir.

O, daha sonra yazıb: Xüsusilə də İran ABŞ prezidentinin regiona səfəri zamanı ona qarşı hərbi variantın seçim olmadığını başa düşdükdən sonra.

Sionist rejimin keçmiş səfiri həmçinin bildirib ki, hazırkı baş nazir "Yair Lapid" bu rejim üçün fəlakətdir.

Bundan əvvəl ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli ölkəsinin İranın nüvə sazişinin canlandırılması ilə bağlı mövqeyinə toxunaraq, demişdi: Baydenin İran siyasəti və nüvə anlaşmasına qayıtmaq üçün aparılan danışıqlar, İsrailin üzünə şillədir.

Teqlər