İsrail lobbisi ABŞ seçkilərində müdaxilə etmək üçün milyonlar xərcləyir
"Guardian" qəzeti ABŞ Konqresində sionist rejimə qarşı olan nümayəndələrin sayının artmasına toxunaraq, İsrailyönlü lobbi qrupların qarşıdan gələn Konqres seçkilərində bu rejimi tənqid edən namizədlərin qələbəsinin qarşısını almaq üçün milyonlarla dollar xərclədiyini bildirib.
SəhərAzəri- "İRNA"nın məlumatına görə, Guardian qəzeti öz hesabatında İsrailyönlü ifratçıların Amerikanın hakim partiyasının prioritetlərini dəyişdirmək üçün bir neçə milyon dollar xərclədiyini açıqlayıb və yazıb: Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (Aipac) və müttəfiqləri milyarder respublikaçıların pulları ilə Demokrat Partiyasının siyasətlərinə təsir göstərməyə çalışırlar.
Londonda dərc edilən qəzetin yazdığına görə, İsrailyönlü lobbi qruplar fələstinlilərə dəstək verən namizədin qələbəsinə mane olmaq üçün Merilend ştatında milyonlarla dollar xərcləyiblər.
Guardian yazıb: "Aipac Merilenddən Konqresə seçilən ilk qaradərili qadın Donna Edvardsa qarşı çıxmaq üçün Merilend ştatında 6 milyon dollar xərcləyib".