Amerikada yanğında yeddi nəfər ölüb, on minlərlə hektar ərazi yanıb
https://azeri.sahartv.ir/news/dünya-i391472-amerikada_yanğında_yeddi_nəfər_ölüb_on_minlərlə_hektar_ərazi_yanıb
Amerikada havanın temperaturun artması ilə bir zamanda Aydaho ştatı da daxil olmaqla bu ölkədə meşə yanğınları indiyədək on minlərlə hektar ərazini yandırıb və yeddi nəfərin ölümünə səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2022 08:38 Asia/Baku
  • Amerikada yanğın
    Amerikada yanğın

Amerikada havanın temperaturun artması ilə bir zamanda Aydaho ştatı da daxil olmaqla bu ölkədə meşə yanğınları indiyədək on minlərlə hektar ərazini yandırıb və yeddi nəfərin ölümünə səbəb olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika rəsmiləri Aydaho ştatında yanğının söndürülməsinə kömək edən vertolyotun qəzaya uğraması nəticəsində onun iki pilotunun öldüyünü bildiriblər. Bu, ABŞ-da bir həftədən az bir müddətdə meşə yanğınlarının söndürülməsi zamanı baş verən ikinci ölümcül vertolyot qəzasıdır.

Ötən həftə dörd nəfər Nyu-Meksikoda meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirakdan sonra Albukerkeyə qayıdarkən vertolyotun qəzaya uğraması səbəindən dünyasını dəyişdi.

Ötən ay da Alyaskada meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edən vertolyotun pilotu vertolyotun süqut etməsinə görə, həyatını itirmişdi.

Təhlükəli isti dalğası Birləşmiş Ştatların cənub-mərkəzi bölgələrindən şimal-şərq bölgələrinədək olan ərazini bürüyüb və milyonlarla amerikalının həyatını təsir altına alıbdır.

Məlumatlara görə, yüz milyona yaxın amerikalı isti dalğası xəbərdarlığı sahəsində qərar tapıb.