Lavrov Kiyevə yaşıl işıq yandırır?
"Moskva Kiyevlə məsələlərin daha geniş spektrini müzakirə etməyə hazırdır"
Rusiyanın XİN başçısı bəyan edib ki, Moskva Kiyevlə məsələlərin daha geniş spektrini müzakirə etməyə hazırdır. Ancaq danışıqlar prosesinin bərpası Rusiyadan asılı deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: “Ukrayna taxılının ixracı başlanğıcdır, bizim daha geniş spektrli məsələlər üzrə danışıqların bərpasına heç bir etirazımız yoxdur, lakin məsələ bizdən asılı deyil”, - deyə Lavrov Qahirədə keçirdiyi mətbuat konfraansında bildirib.
Rusiyalı nazir qeyd edib ki, Ukrayna Prezidentindən tutmuş onun müşavirlərinə və digər rəsmilərə qədər, hamısı Ukrayna qalib gələnə qədər heç bir danışıqlar olmayacağını vurğulayır:
“Bu mövqeyi Qərb kuratorları – istər London, istər Vaşinqton, istər Berlin və digər AB və NATO paytaxtları aktiv müdafiə edir. Ona görə də seçim onlarındır. Ancaq onlar Ukraynadan qələbəyə qədər vuruşmağı nə qədər çox tələb etsələr, biz bilirik ki, necə və kimin üçün hansı aqibət olacaq, həmçinin daha çox insan öləcək; hazırki situasiya nə qədər çox davam etsə, bu, hər şeydən öncə Ukrayna dövləti və xalqının maraqlarına qarşıdır”, deyə Sergey Lavrov qeyd edib.
O sonda deyib ki, Rusiya Ukrayna xalqına tamamilə xalqa və tarixə zidd olan rejimdən qurtulmaqda mütləq kömək edəcək.