İyul 26, 2022 21:35 Asia/Baku
  • Amerika
    Amerika

Amerikanın Kaliforniya ştatının qubernatoru Gevin Nyusom Maripoza bölgəsində baş verən son yanğının insan və maliyyə təhlükələrinə görə, “fövqəladə vəziyyət” elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Yanğın son günlər sekoyalar və ya "nəhəng ağaclar”ın alovlarla hədələndikləri Kaliforniya ştatındakı Yosemit Milli Parkının yaxınlığında baş verib. Bu yanğın indiyədək on malikanəni məhv edib, daha beş malikanəyə də ziyan vurubdur. Minlərlə insan da təhlükə altındadır. Altı mindən çox insan yaşadığı məkandan təxliyə olunub. Beş yüzdən çox yanğınsöndürən yanğını söndürməklə məşğuldur. Təyyarələr də onların köməyinə gəliblər. Su vedrələri daşıyan vertolyotlar tüstülər arasında havaya qalxıb, Kaliforniya ştatının Maripoza bölgəsinin şimal-şərqində yerləşən Midpayns rayonunun yaxınlığındakı meşədən keçirlər. Onlar yanğının yayılmasının qarşısını almağa çalışırlar.

 

Teqlər