Pekin G-7-nin Tayvanla bağlı bəyanatına cavab verib
Çinin xarici işlər naziri G-7 adlandırılan qrupa üzv ölkələrin başçılarının ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin regiona qalmaqallı və müdaxilə mahiyyətli səfərinin kənarında Pekinin dırnaqarası “təhdidedici hərəkətləri”ni tənqid edən ifadələrini əsassız adlandırıb.
«Van İ» Kambocada keçirilən ASEAN-ın xarici işlər nazirləri səviyyəli yığıncağının kənarında G-7 qrupu ölkələri başçılarının ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taypeyə səfəri ilə bağlı Pekinə qarşı ifadələrinə belə münasibət bildirib: Çinin hərəkəti öz suverenliyi və ərazi bütövlüyünü qorumaq üzrə aqilanə və qanuni bir hərəkət olub və yeddilər qrupunun ittihamları əsassızdır.
«Van İ» həmçinin dünya ictimaiyyətindən istəyibdir ki, «vahid Çin» siyasəti əleyhinə hərəkətlərə qarşı çıxıb, regionda sülh və sabitliyin qorunması üçün həmrəylik nümayiş etdirsin.
Çinin xarici işlər naziri daha sonra Amerikanı problem və böhranın yaradılması, eləcə də gərginliyin şiddətləndirilməsi amili adlandırıb və əlavə edib: Əgər qeyri-düzgün davranışlar islah olunmazsa, beynəlxalq qanunları necə müdafiə etmək olar?