Tayvan Çinin təlimlərinin davam etməsindən narahatdır
Tayvan Çinin hərbi təlimlərinin əhatə dairəsinin genişlənməsindən narahatlıq ifadə edərək, bildirib ki, bu təlimlər sanki bu adaya hücumu simulyasiya edir.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana son mübahisəli səfərindən sonra Çin Tayvan adası ətrafındakı sularda genişmiqyaslı təlimlərə başlayıb. Tayvanı separatçı əyalət hesab edən Çin, xarici rəsmilərin Tayvana səfərlərini özünün suverenliyinin pozulması kimi qiymətləndirir.
Röyters-in məlumatına görə, Çinin bölgə sularında hərbi dəniz təlimlərinin ikinci mərhələsinin elan edilməsindən sonra Tayvan hərbi rəsmiləri Çinlə mümkün qarşıdurmaya hazır olduqlarını vurğulayaraq, iddia edib ki, Çinin hərbi hərəkətləri sanki bu adaya hücumu simulyasiya edir.
Tayvan prezidenti Tsai İnq-ven Tvitter səhifəsində yazıb: "Hökumətimiz və ordumuz Çinin hərbi təlimlərini və informasiya müharibəsi əməliyyatlarını diqqətlə izləyir və lazım gəldikdə cavab verməyə hazırdır".
Çinin hərbi manevrlərinin bir hissəsi cümə axşamı günü başlayıb və bazar gününə kimi davam edəcəyi gözlənilir. Bundan əlavə, Çin Hərbi Dəniz Təhlükəsizliyi Administrasiyası dünən bildirib ki, Çin ordusu avqustun 6-dan 15-dək Sarı dənizin cənub hissəsində canlı atəşli təlimlər keçirərək.