Avq 09, 2022 12:07 Asia/Baku
  • Trampın imarəti
    Trampın imarəti

ABŞ-ın sabiq prezidenti Floridadakı malikanəsinin ABŞ Federal Təhqiqatlar Bürosu- FTB məmurlarının böyük bir qrupu tərəfindən mühasirəyə alındığı, basqın və işğala məruz qaldığı, hətta onun seyfində təftiş aparıldığını deyir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın sabiq prezidenti Donald Tramp çərşənbə axşamı günü səhər tezdən FTB qüvvələrinin onun Florida ştatında yerləşən “Mar-a-Laqo” adlı imarətinə qarşı geniş basqın təşkil etdiklərindən xəbər verib.

Trampın tərəfdaşlarının “Twitter”dəki səhifəsində dərc olunmuş bəyanatında bu haqda məlumat verilir.

“Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqo iqamətgahındakı gözəl evim hazırda axtarış aparan FTB tərəfindən mühasirəyə alındığı üçün millətimiz üçün həqiqətən qaranlıq dövrlər başlayır. Heç vaxt Birləşmiş Ştatların bir keçmiş prezidenti üçün belə bir hadisə baş verməyibdir ”, - deyə Tramp yerli nəşrlərdən birinə bildirib.

Amerikanın sabiq prezidenti sonra belə izahat verib: Mənim əlaqədar hökumət orqanları ilə həmkarlığımdan sonra öncədən elan edilmədən məzilimə edilən bu basqın zəruri və münasib deyildi.

Prokurorluğun bu qeyri-düzgün rəftarı, ədalət sistemindən bir silah kimi istifadə edilməsi, mənim, xüsusən son rəy sorğularına əsasən, 2024-cü il prezident seçkilərinə namizəd olmağımı son dərəcə istəməyən radikal-solçu demokratların işidir. Beləliklə, respublikaçıları və mühafizəkarları konqresə olacaq qarşıdakı ara seçkilərində durdurmaq üçün hər işə əl atacaqlar,- deyə, Tramp əlavə edib.

 

Teqlər