Amerika tənəzzül etməkdədir
Amerikanın sabiq prezidenti təbliğat videoları üslubunda çəkilmiş bir filmdə Amerikanı “tənəzzül etməkdə olan ölkə” adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Donald Tramp bu videoda deyir: Biz tənəzzül etməkdə olan ölkəyik; Biz məğlub olmaqda olan ölkəyik; Biz ötən qırx ildən çox bir müddətdə ən yüksək inflyasiya səviyyəsinə malik olan ölkəyik.
Amerikanın sabiq prezidenti Ukrayna müharibəsi baş verəndən sonra ABŞ-da yanacaq xərclərinin artmasına da işarə edib.
O, deyir: Biz tarixdə ən yüksək enerji xərclərinə malik olan bir ölkəyik və daha enerji ehtiyatları baxımından özümüzü təmin etmirik və ya mütləq güc deyilik.
O, daha sonra Co Baydenin Səudiyyə Ərəbistanı ilə Venesueladan neft istəməsi barədəki məlumatlara toxunub. Tramp deyir: Biz neftdən ötrü Səudiyyə Ərəbistanına və Venesuelaya yalavaran bir ölkəyik.
Tramp Amerika Federal Təhqiqat Bürosunun onun Florida ştatındakı malikanəsində apardığı son təftişə də işarə edib: Biz daha sərbəst və ədalətli mətbuata malik olmayan bir ölkəyik; Saxta xəbərlər, payınıza düşən yeganə şeydir.