Salman Rüşdiyə hücum etmiş şəxs ikinci dərəcəli qətlə cəhddə ittiham edilib
Amerikanın Nyu-York ştatında “Şeytan ayələri” kitabının mürtəd müəllifi Salman Rüşdini qətlə yetirməyə cəhd etməkdə ittiham edilən 24 yaşlı Hadi Mətər girovqoyma icazəsi olmadan təcridxanada saxlanılır.
SəhərAzəri-nin məlumatına əsasən, İslam Peyğəmbəri (s.ə.s)-ə hörmətsizlik etmiş “Şeytan ayələri” kitabının mürtəd müəllifi Salman Rüşdi cümə günü Nyu-Yorkun qərbində çıxış etməyə hazırlaşarkən hücuma məruz qalıb.
Nyu-York polisi şənbə günü səhər saatlarında İslam Peyğəmbəri (s.ə.s)-ə hörmətsizlik etmiş mürtəd yazıçını yaralayan şəxsin kimlyini müəyyən edib və bildirib ki, həmin şəxs, Hadi Mətər adlı 24 yaşlı bir gəncdir.
Çattanuqa bölgəsinin prokuroru Ceyson Şmidt deyibdir ki, Nyu-Cersi ştatının Feirviev şəhərindən olan 24 yaşlı Mətər cümə günü gecə ikinci dərəcəli qətlə və ikinci dərəcəli hücuma cəhd etməkdə ittiham olunub.
Şmidt əlavə edib: Federal və ştat təhlükəsizlik qüvvələri bu hücumun həyata keçirilməsindən öncəki plan və hazırlıqları və Mətərə daha çox ittihamlar vurmaq imkanını öyrənmək sahəsində həmkarlıq edirlər.
Cüməgünkü hücumdan və saatlarla davam edən cərrahiyyə əməliyyatından sonra süni tənəffüs aparatı ilə sağ qalan Rüşdi danışmaq qüdrətinə malik deyildir.