ABŞ nümayəndə heyətinin Tayvana səfərinə Çinin reaksiyası
Beş amerikalı qanunvericinin Tayvana təhrikedici səfəri Pekinin sərt reaksiyası ilə üzləşib. Pekin bildirib ki, Vaşinqtonun bu hərəkəti odla oyundur.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında Taypeyə ikigünlük səfərlə gələn beş amerikalı qanunverici Tayvanın yüksək vəzifəli rəsmiləri ilə görüşüb. Amerikalı qanunvericilərin bu addımı ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Çini hiddətini doğuran Taypeyə qalmaqallı və gərginlik yaradan səfərindən cəmi on iki gün sonra atılıb.
Çin o zaman Pelosinin Taypeyə səfərinə cavab olaraq, Tayvanın ətrafına hərbi gəmi və təyyarələr göndərməklə amerikalı tərəfə aydın cavab göndərdi.
Son illər Amerikanın Çinin daxili işlərinə qarışmasına görə, iki tərəf arasındakı münasibətlər pisləşməyə doğru gedir.
Çin hökuməti Vaşinqtonu Çinin daxili işlərinə müdaxiləni dayandırmağa və “Vahid Çin” siyasətinə əməl etməyə çağırıb.
Çinin Tayvan məsələləri üzrə nümayəndəsi Liu isə deyib: Bu, çox təhlükəli bir addım və odla oyundur. Odla oynayanlar, öldürülürlər və Tayvanın Çinlə yenidən birləşməsinin qarşısını almağa çalışacaq hər kəs "böyük polad divar" ilə qarşılaşacaq.
Çinin Vaşinqtondakı səfirliyi də bəyan edib: Konqres üzvlərinin Tayvana son səfəri bir daha sübut edir ki, Vaşinqton Tayvan boğazında sabitlik görmək istəmir və iki tərəf arasında qarşıdurma yaratmaq və Çinin daxili işlərinə qarışmaq üçün əlindən gələni əsirgəmir.