Medvedev: NATO-nun Ukraynada məskunlaşma planları ilə barışa bilmərik!
https://azeri.sahartv.ir/news/dünya-i392497-medvedev_nato_nun_ukraynada_məskunlaşma_planları_ilə_barışa_bilmərik!
Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini bəyan edib ki, rəsmi Moskva NATO-nun Ukraynada məskunlaşma planları ilə barışa bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2022 06:09 Asia/Baku
  • Medvedev: NATO-nun Ukraynada məskunlaşma planları ilə barışa bilmərik!

Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini bəyan edib ki, rəsmi Moskva NATO-nun Ukraynada məskunlaşma planları ilə barışa bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Medvedev deyib: "Rusiyanın Donbası qorumaq üçün xüsusi əməliyyat keçirməsinə səbəb NATO-nun Ukraynada məskunlaşma planları olub. Ölkəmiz bununla qəti şəkildə barışa bilməzdi".

 

O, sonra bildirib: "Biz barışa bilməzdik ki, Şimali Atlantika Alyansı Ukraynada yerləşdiriləcək və onların bəzi çılğın rəhbərləri - bu və ya sonrakılar - məsələn, bizim ərazimizə, həmçinin Krıma hücum etmək qərarına gələcəklər, buna görə də hakimiyyət qabaqlayıcı əməliyyata başlamaq qərarına gəlib."