Avq 31, 2022 09:29 Asia/Baku
  • Miçiqan ştatının yarısı qaranlığa qərq olub

Amerikanın Miçiqan ştatında baş verən qasırğa ştatın əksər şəhərlərində elektrik xətlərinin dağılmasına və mütləq qaranlığa səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli rəsmilər deyirlər ki, güclü qasırğa ştat sakinlərindən 378 min nəfərdən çoxunun elektrik enerjisinin kəsilməsi və onların tamamilə işıqsız qalmalarına bais olub.

DTE Enerji Şirkətinin bildirdiyinə görə, sürəti saatda 70 mildən çox olan qasırğa təxminən 3300 elektrik xəttini sıradan çıxarıb. Təmir işləri hələ də ştatın yaşayış məntəqələrinin işığını bərpa edə bilməyibdir.

 

Teqlər