“Almaniyanın Ukraynaya silah yardımı daha mümkün deyil”
https://azeri.sahartv.ir/news/dünya-i392699-almaniyanın_ukraynaya_silah_yardımı_daha_mümkün_deyil
Almaniyanın müdafiə naziri bildirib ki,  Almaniya Silahlı Qüvvələri Ukraynanı silahla təmin edə bilməmək həddinə çatıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 01, 2022 05:42 Asia/Baku
  • “Almaniyanın Ukraynaya silah yardımı daha mümkün deyil”

Almaniyanın müdafiə naziri bildirib ki,  Almaniya Silahlı Qüvvələri Ukraynanı silahla təmin edə bilməmək həddinə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyanın müdafiə naziri Kristin Lambrext əlavə olaraq vurğulayıb ki, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.

Nazirin sözlərinə görə, Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya Rusiyaya qarşı müdafiə üçün silah yardımı edilir. Lakin Lambrext yardımların davam edəcəyi təqdirdə “Almaniya Silahlı Qüvvələrinin milli və müttəfiqlik müdafiəsinə zəmanət verməkdə problemlər ola biləcəyini” diqqətə çatdırıb.

Beləliklə Almaniya müdafiə naziri bu ölkənin silah ehtiyatlarının özünə və müttəfiqlərinə lazım olduğuna diqqət çəkib və bu silahların NATO-dan kənar bir ölkənin ixtiyarına verilməsinə son qoyulacağının anonsunu vermiş olub.