Tramp çətin vəziyyətə düşüb
Amerika ədliyyə nazirliyinin Trampın evində tapılan oğurlanmış dövlət sənədlərindən yaydığı qalmaqallı şəkil Amerikada yeni qalmaqala çevrilib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın sabiq prezidenti Donald Trampın məhkəmələrin dəhlizlərində problem yaşaması ilə bir zamanda, bu ölkənin hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilər üçün rəsmən qeydiyyatdan keçib.
Amerika ədliyyə nazirliyi çərşənbə günü, Donald Trampın Floridadakı imarətində müsadirə olunmuş sənədlər barədə detallar yayıb. Nazirlik bildirib ki, Trampın prezidentlik dövrü bitdikdən sonra özü ilə mənzilinə apardığı bu gizli sənədlər arasında "Amerikanın İranla nüvə anlaşmasından çıxmasından bir gün sonra"ya aid sənəd və faktlar da var.
Amerika ədliyyə nazirliyi çərşənbə axşamı günü təşkil olunan 36 səhifəlik işdə Trampın bu nazirliyin təhqiqatı yolunda əngəl törətməsi faktları barədə ətraflı şəkildə sənədlər təqdim, dİgər tərəfdən də Amerikanın sabiq prezidentinin, təhqiqat prosesini yayındırmağa səy göstərməsi haqda nigarançılıq ifadə edibdir.
Donald Tramp 2018-ci ildə birtərəfli surətdə nüvə anlaşmasından çıxdı və iddia etdi ki, Tehranla daha möhkəm və daha uzunmüddətli anlaşma istəyir. Onun hökuməti həmçinin "maksimum təzyiq" adı altında İrana qarşı geniş birtərəfli sanksiyalar tətbiq etdi. Bundan öncə də "Rollinq Ston"(Rolling Stone) nəşri məlumatlı mənbələrə istinadla xəbər vermişdi ki, Tramp Makronun əxlaqsız hərəkətləri haqda detalları zarafatla öz köməkçilərinə açıb deyərmiş.
Son zamanlar Amerika Federal Təhqiqat Bürosu- FTB, Donald Trampın Floridadakı imarətində təftiş zamanı "Fransa prezidenti barədə məlumatlar" adlı bir fayl tapıbdır. Amerikadakı prokurorlar bazar ertəsi günü bir məhkəmə sənədində ifşa ediblər ki, Amerika ədliyyə nazirliyi Donald Trampın Florida ştatında yerləşən və "Mar-e-Laqo" adı ilə tanınan iqamətgahında müsadirə edilmiş sənədlərin, onların vəkil-müvəkkil məsələsilə bağlı məxfililiyinin qorunub saxlanılması qanununa şamil olub-olmamaları barədəki ilkin araşdırmanı başa çatdırıb. Bu sənədlər cari milad ayında FTB mərmurlarının "Mar-e-Laqo" iqamətgahına hücumu zamanı aşkar və müsadirə edilibdir. Sonradan məlumat verilibdir ki, onların arasında "son dərəcə məxfi" təsnifatı ilə bir neçə sənəd mövcuddur.