Sen 03, 2022 11:56 Asia/Baku
  • Almaniyada Ukraynaya silah verilməsinə etiraz ediblər

Almaniya xalqı silah istehsalına, eləcə də Ukraynaya göndərilməsinə etiraz olaraq, bir silah fabrikinin qarşısına toplaşıb ki, bu toplantı polisin müdaxiləsi ilə zorakılığa çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Qərbin Ukrayna müharibəsi bəhanəsi ilə Rusiyaya qarşı sanksiyaları Qərb ölkələrinin iqtisadiyyatına ciddi mənfi təsir göstərib və bu ölkələrdə misli görünməmiş inflyasiyaya, qaz və yanacağın qiymətlərinin artmasına səbəb olub, Avropa isə iqtisadi böhranın kəskinləşməsi və yanacaq çatışmazlığı ilə üz-üzə qalıb.

Bununla belə Qərb dövlətləri Rusiyaya qarşı düşmənçilik siyasətini davam etdirməkdə israrlıdırlar. 

"İRNA"nın məlumatına görə, "Disarm Rheinmetall" və ya "Rheinmetall-ı tərksilah et" adı ilə tanınan anti-militarist alyansının fəalları Almaniyanın Kassel şəhərindəki "Krauss-Maffei Wegmann" silah istehsalı zavodunun qarşısında aksiyası keçirərək, silah istehsalına və Ukrayna da daxil olmaqla başqa ölkələrə tədarük edilməsinə etiraz ediblər. 

"Disarm Rheinmetall" hərəkatının fəalları dünyanın beşinci ən böyük silah ixracatçısı olan Almaniyada silah istehsalını və Ukraynaya çatdırılmasını dayandırmaq üçün ölkə daxilində etiraz aksiyalarına çağırıblar.

Almaniya polisi etirazçılarla toqquşub və onlara qarşı bibər qazı və dəyənəklərdən istifadə edib. Nümayişçilər də polis əməkdaşlarına əşyalar atıblar ki, nəticədə 8 polis yaralanıb. 

Polisin məlumatına görə, bununla bağlı ən azı bir nəfər həbs edilib. 

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna ilə həmrəylik barədə verdiyi açıqlamada deyib: "Almaniya seçicilərinin nə düşndüyünü və ya onların həyatının nə qədər çətin olmasının əhəmiyyəti yoxdur, mən Ukraynaya üstünlük verəcəm". 

Almaniya xarici işlər nazirinin sosial şəbəkələrdəki bu açıqlamaları almanlar və dünya xalqları tərəfindən çoxlu mənfi reaksiyalarla üzləşib.

Almaniya kansleri Olaf Şolts da bundan əvvəl söz vermişdi ki, Berlin nə qədər lazım olarsa, Ukraynanı dəstəkləməyə davam edəcək.

Ötən həftə Almaniyanın İqtisadiyyat Nazirliyi bu il ölkənin Ukraynaya hərbi texnika ixracının artdığını açıqlayıb.

Teqlər