Sen 03, 2022 12:32 Asia/Baku
  • Lufthansada pilotların tətil aksiyası səbəbindən 800 uçuş ləğv edilib

Almaniyanın Lufthansa aviaşirkətinin pilotları daha yaxşı maaşa görə, bir günlük tətil aksiyası keçirərək, aviaşirkəti 800 uçuşu ləğv etməyə məcbur ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniya Pilotlar Həmkarlar İttifaqı tərəfindən verilən açıqlamaya görə, tətil yerli vaxtla cümə günü saat 00:01-də başlayıb və saat 23:59-a qədər davam edib.

Tətillə əlaqədar olaraq, sərnişinlərə xidmət göstərmək üçün mümkün mərkəzlər xeyli azalıb, ona görə də sərnişinlərə alternativ reyslər təklif olunma ehtimalı çox azdır.

Cümə günü Frankfurt və Münhen mərkəzlərindən demək olar ki, bütün Lufthansa uçuşları ləğv edilib. 

"Şənbə və bazar günləri daha çox uçuş ləğvi və ya gecikmələr ola bilər", - deyə aviaşirkət xəbərdarlıq edib. 

Lufthansa Pilotlar Həmkarlar İttifaqı maaşların artırılması ilə bağlı rəhbərliklə aparılan danışıqlarda heç bir irəliləyiş əldə edə bilmədiyi üçün cümə günü uçuşları həyata keçirməmək qərarına gəlib.

Teqlər