Praqada on minlərlə nəfər aksiya keçirib
Çexiya Respublikasının paytaxtı Praqanın əhalisindən on minlərlə nəfər küçələrə çıxıb. Onlar öz hökumətlərinə, Avropa Birliyinə, NATO-ya və enerji böhranından irəli gələn problemlərə etiraz ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Yetmiş minə yaxın insan Praqa şəhərində hökumətə qarşı aksiya keçirib və hakim koalisiyadan istəyibdir ki, enerji qiymətlərinin artmasına nəzarət üçün daha çox tədbirlərin görülməsini istəyib.
Aksiyaçılar həmçinin Avropa Birliyi və NATO ilə müxalifətlərini elan ediblər.
Aksiya ekstremist sağçı qrup, eləcə də kommunist partiyası da daxil olmaqla digər siyasi qruplar tərəfindən təşkil edilmiş və polis də bu hadisəyə nəzarət edirdi.
Bu qruplar bir bəyanatda bildiriblər ki, Çexiya Respublikası hərbi cəhətdən tərəfsiz olmalıdır və Rusiya da daxil olmaqla qaz təminatçıları ilə birbaşa müqavilələrdən əminlik əldə etməlidirlər.
Aksiyanın təşkilatçılarından olan Ceyri Havel deyib: Aksiyanın məqsədi, cari ilin payızında iqtisadiyyatımızı məhv edəcək qaz və elektrik enerjisi xüsusiyyət təşkil etməklə enerji qiyməti məsələsinin həll edilməsini tələb edəcək.
Aksiyanın keçirilməsi fonunda qeyd edək ki, Rusiyanın Qazprom şirkəti bildiribdir ki, «Şimal Axını-1» qaz kəməri vasitəsilə Avropaya qaz ixracatını tam şəkildə dayandırıbdır.
Ukraynada müharibənin başlanmasının ardınca Avropa ölkələri bu ölkəni himayə etmək bəhanəsilə Rusiyanın enerji sektoruna qarşı geniş sanksiyalar tətbiq etdilər. Hal-hazırda bu sanksiyalar Avropanın özünü çıxılmaz duruma salıb. Avropa hazırda misli görünməmiş enerji böhranı ilə əlbəyaxadır.