Sen 06, 2022 19:36 Asia/Baku
  • İtaliya
    İtaliya

İtaliyalılar bu ölkənin Peruca şəhərinin müxtəlif meydanlarında nümayişlər keçirərək, enerji qiymətlərinin artmasına növbəti dəfə etiraz ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bazar ertəsi İtaliyanın Peruca şəhərinin mərkəzində toplaşan etirazçılar, enerji qiymətlərinin artmasına etiraz edərək, enerji xərclərinin yüksəlməsi qarşısında hökumətin hərəkətsizliyini tənqid ediblər. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə nümayişçilərin qaz və işıq pullarındakı dəyişikliyi nümayiş etdirərək, etiraz əlaməti olaraq, enerji fakturalarını yandırdıqları əks olunub.

Xəbər mediasına görə, İtaliyada enerji qiymətlərinin artırılmasına qarşı etirazlar gecə saatlarında evlərin və fabriklərin işıqlarını müəyyən vaxtda söndürməklə üç gün davam edəcək.

Keçən həftə İtaliyanın Neapol şəhərində yüzlərlə insan küçələrə axışaraq, mərkəzi poçt şöbəsinin qarşısında toplaşıblar və yaşayış xərclərinin qəfil artmasına və işsizlik şəraitinə etiraz olaraq, kommunal ödənişlərini yandırıb.

Teqlər