Sen 08, 2022 20:04 Asia/Baku
  • Fransanın 93 əyalətində su böhranı hökm sürür

Fransa daxili işlər nazirliyinin bildirdiyinə görə, hal-hazırda bu ölkənin bütün 93 əyaləti maksimum həyəcan və böhran vəziyyətindədir.

Fransada tarixi quraqlıq havaların yenidən qızması ilə yeni miqyas əldə edibdir.

Ötən illərdə digər Avropa ölkələrinə nisbətən daha çox orta yağıntı miqdarına malik olmuş Fransa iqlim dəyişikliklərinə görə, hazırda yaşıl qitənin quraq ölkələrinin önündə gedir.

Ekspertlər bu qənaətdədirlər ki, Fransada uzunmüddətli quraqlıq gərginliklərin artmasına bais olub və sonda bu ölkədə su müharibəsi salacaq.

Əhaliyə görə hökumət quraqlıq və su çatışmazlığı haqda dərhal təcili proqramlar həyata keçirməlidir.

Nadir quraqlıq və çayların sularının nigaranedici tərzdə azalması xüsusən kənd təsərrüfatı və maldarlıq sektorlarında son dərəcə ciddi problemlər yaradıbdır.

Meriyaların sərəncamlarına əsasən, bağçaların suvarılması, ictimai məkanların sulanması, maşınların yuyulması və hovuzlardan istifadə, naməlum müddətədək qadağan edilib və qanunu pozanları ağır cərimələr gözləyir.

Fransa hidrometeorologiya təşkilatının bildirdiyinə görə, ötən milad ayında yağıntının miqdarı orta səviyyədən 84% az olubdur ki, bu vəziyyət 1950-ci ildən bəri görünməmiş bir durumdur.