Rusiya-NATO birbaşa toqquşması təhlükəsinin artması haqda xəbərdarlıq
-
NATO
Rusiyanın BMT-dəki daimi nümayəndəsi xəbərdarlıq edibdir ki, iki tərəfin Ukraynadakı dolayısı ilə qarşıdurmasına görə, Rusiya ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO arasında birbaşa toqquşma təhlükəsi artmaqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının yığıncağında deyib: Ukraynada NATO ilə Rusiya arasındakı hazırkı dolayısı ilə qarşıdurma,/ Brüssel rəsmilərinin belə bir ssenarinin qarşısını almaq üçün əllərindən gələni etdikləri iddia olunsa da,/ onların arasında birbaşa toqquşma təhlükəsini real şəkildə artırır.
NATO başçılarının Kiyev rəsmilərinin atdıqları addımlarda rol oynamalarına toxunan Nebenzya qeyd edib ki, Ukrayna,/ əslində,/ Ukrayna ordusunun hərəkətlərini istiqamətləndirən qərbli hərbi təlimatçılarla doludur.
Bundan əlavə, Kiyev rəsmiləri xarici ölkələrlə məsləhətləşmədən heç bir hərbi əməliyyat keçirmirlər ki, onun bariz nümunəsi, azad edilmiş Xerson və Zaporojye rayonlarına qarşı dırnaqarası “əks-hücum” əməliyyatının keçirilməsidir. Əlbəttə, belə bir himayənin nəticəsi, yalnız minlərlə Ukrayna vətəndaşının öldürülməsi və Ukrayna ordusunun bu “əks-hücum”da tam şəkildə məğlub olması olubdur.