ABŞ-ın BMT-dəki səfirindən qəribə iddia
Amerikanın BMT-dəki səfiri iddia edibdir ki, Ukrayna müharibəsi yeni soyuq müharibə olmayıb, BMT Nizamnaməsinin müdafiəsi ilə əlaqədardır.
SəhərAzəri-nin məlumatına əsasən, Linda Tomas Qrinfild deyib: Ukrayna-Rusiya müharibəsi təkcə bir neçə ölkəyə aid olmayıb, bizim hamımızı bu məsələyə qatacaq.
Qrinfild iddia edib: Birləşmiş Ştatlar dünyanın hazırkı reallıqlarını daha yaxşı əks etdirmək və daha fərqli coğrafi baxışları kombinə etmək məqsədi ilə BMT Təhlükəsizlik Şurasının üzvlərini artırmağa sadiqdir.
Bu amerikalı rəsmi sonra iddia edibdir ki, artıq, Amerikanın öhdəliyi, BMT-yə üzv bütün ölkələrlə praqmatik anlaşma və nadir və qeyri-adi hallar istisna olmaqla, veto haqqından istifadə etməkdən çəkinməkdir.
Amerikanın BMT-dəki səfiri və daimi nümayəndəsinin veto hüququ ilə bağlı sözlərinin fonunda qeyd edək ki, Amerika BMT yığıncaqlarında sionist rejimin cinayətlərini himayə etmək üçün dəfələrlə öz veto haqqından istifadə edibdir.