Amerikanlar sionistlərin Fələstindəki hərəkətlərinə etiraz ediblər
Amerikalılar bu ölkənin bəzi şəhərlərində, o sıradan Nyu-York və Kaliforniyada keçirdikləri aksiyalarda sionist rejimin fələstinlilərə qarşı hərəkətlərinə etiraz ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu aksiyalarda Amazon və Google şirkətlərinin işçiləri də iştirak ediblər. Nümayiş iştirakçıları bu iki şirkətin sionist rejimə göstərdiyi xidmətlərin dayandırılmasını tələb ediblər.
Belə bir halda, sionist hərbçilər dünən səhər saatlarında Ramullah şəhərinin şimal-şərqində yerləşən Beytin kəndinin girəcəyində- “Beyt-İl” yoxlama-buraxılış məntəqəsinin yaxınlığında, bir fələstinlini atəşə tutub və şəhid ediblər.
Çərşənbə günü də sionist rejim hərbçiləri Tubas vilayətinin Əlfarə düşərgəsində Yunis Qəssan adlı iyirmi bir yaşlı fələstinlini güllələyib və şəhid etmişdilər.
Google şirkətinin bir qrup işçisi son zamanlar bu şirkətlə Amazon şirkətinin sionist rejimlə bir tam onda iki milyard dollarlıq müqaviləsinə etiraz etmişdi.
Texnologiya şirkətləri, o sıradan Amazon və Google şirkətləri bir tam onda iki milyard dollarlıq “Nimbus layihəsi” adlı müqavilə qarşılığında sionist rejimə və onun ordusuna süni intellekt, maşın yaddaşı texnologiyaları və digər bulud hesablama xidmətlərini təqdim etməlidirlər.