Sen 11, 2022 12:41 Asia/Baku

Kraliça II Elizabetin oğlu karl 70 il şahzadə titulunu daşıdıqdan sonra Britaniyanın yeni monarxı olub və anasından nümunə götürəcəyinə söz verib.

SəhərAzəri-nin məlumatına əsasən, şahzadə Karl ötən cümə axşamı anası Kraliça II Elizabetin ölümündən sonra Britaniyanın yeni kralı oldu.

Taxt-tacın rəsmi təhvil verilməsi prosesi Londonda Müqəddəs Ceyms sarayında toplanan Varislik Şurasında baş tutub. Ənənəvi olaraq, məclis əvvəlki hökmdarın ölümündən sonra bir gün ərzində keçirilir, lakin bu dəfə kraliçanın ölümü axşam saatlarında baş verdiyi üçün taxt-tacın təhvil verilməsi prosesi təxirə salınıb.

Sentyabrın 8-də Bukinqem Sarayı Britaniya Kraliçası II Elizabetin 96 yaşında vəfat etdiyini açıqlayıb. Yeni monarx Şahzadə Çarlz III Karl adını monarx olaraq seçib. O vərəsəlik mərasimindəki çıxışında Kraliça II Elizabetdən nümunə götürəcəyini vəd edib.

Teqlər