Nüvə danışıqlarının bərpası ilə bağlı Amerikanın ikili mövqeyi
ABŞ dövlət katibi İrana qarşı sanksiyaların ləğvinə yönəlmiş danışıqların bərpası ilə bağlı verdiyi son açıqlamada İranla qısa müddətdə nüvə razılaşmasının əldə edilməsinin çətin olduğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Entoni sanksiyaların ləğvinə yönəlmiş danışıqlarının canlandırılması ilə bağlı ən son açıqlamasında, Konqresin və ABŞ daxilindəki danışıqların əleyhdarlarının yaradtığı maneələrə toxunmadan, gözlənilən bir ritorikada İranla qısa müddətdə nüvə razılaşmasının əldə olunmasının çətin olduğunu iddia edib.
Bu elə bir haldadır ki, ABŞ rəsmiləri son zamanlar öz açıqlaçalarında və mövqelərində danışıqların bərpasının qaçılmaz olduğunu bildirərək, Avropa İttifaqının təklif etdiyi paketə də cavab verdilər və hətta İran İslam Respublikasının Avropa Birliyinə cavabından da xəbərdar oldular.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Direktorlar Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib: "İranın əməkdaşlığı aparmağa çalışdığımız hazırkı araşdırmalar indiyə qədər səmərəli olmayıb və biz hələ də bunun baş verəcəyini gözləyirlər".
Nüvə anlaşmasında iştirak edən üç Avropa ölkəsi yəni Fransa, İngiltərə və Almaniya İranın son məntiqli və ağlabatan mövqeləri ilə bağlı iddialarını təkrarlayaraq - Avropa Birliyinin yüksək rütbəli rəsmilərinin dediyinə görə - gözlənildiyi kimi qərəzli reaksiya nümayiş etdiriblər.
Bu elə bir haldadır ki, Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların sonuncu raundu keçirildi. Danışıqların bu raundu Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrelin "Financial Times" qəzetindəki məqaləsində sanksiyaların ləğvi və İranın nüvə addımları ilə bağlı yenilənmiş həll yollarını ehtiva edən yeni təklif paketini masaya qoyduğunu iddia etməsindən sonra baş tutdu.