Sen 14, 2022 12:05 Asia/Baku
  • Putin
    Putin

Rusiya prezidenti Almaniya kansleri ilə telefon danışığında Ukrayna tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kreml çərşənbə axşamı yaydığı bəyanatda, Rusiya prezidenti Vladimir Putin ilə Almaniya kansleri Olaf Şolts arasında saat yarımlıq telefon söhbəti aparıldığını bildirib. 

Putin bu telefon danışığında qeyd edib ki, Ukrayna ordusu Donbass şəhərlərini atəşə tutur və orada dinc əhalini öldürür.

Bəyanata əsasən, Avropaya qaz tədarükü ilə bağlı son mübahisəyə gəlincə, Rusiya prezidenti vurğulayıb ki, Rusiya bu sahədə etibarlıdır. Lakin Qərbin sanksiyaları Baltik dənizində "Şimal axını 1" boru kəmərinin lazımi səviyyədə saxlanmasına və təmir edilməsinə mane olub.

Almaniya kansleri də öz növbəsində bildirib ki, Rusiyanın xarici əraziləri ilhaq etmək üçün atacağı hər hansı növbəti addım cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq.

Zaporojiye Atom Elektrik Stansiyasının vəziyyəti də Putinlə Şoltsun söhbətinin əsas mövzularından biri olub. Beləki, Şolts Rusiya qüvvələrinin işğalı altında olan atom elektrik stansiyasının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Bəyanata görə, Almaniya kansleri gərginliyi artıra biləcək hər hansı hərəkətdən çəkinməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə dərhal əməl etməyə çağırıb. Rusiya prezidenti isə atom elektrik stansiyasının davamlı atəşə tutulması səbəbindən baş verə biləcək nüvə qəzası təhlükələrinə görə Ukraynanın məsuliyyət daşıdığı vurğulanıb.

Zaporojye Avropanın ən böyük atom elektrik stansiyasıdır. Bu elektrik stansiyası Rusiyanın Ukraynaya hücumu zamanı rus qüvvələrinin əlinə keçib.  

Teqlər