Almaniya vətəndaşları inflyasiyaya qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i393350-almaniya_vətəndaşları_inflyasiyaya_qarşı_aksiya_keçiriblər
Almaniya vətəndaşları bu ölkədəki inflyasiyaya və enerji qiymətlərinin artmasına qarşı aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2022 10:30 Asia/Baku
  • Almaniya
    Almaniya

Almaniya vətəndaşları bu ölkədəki inflyasiyaya və enerji qiymətlərinin artmasına qarşı aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən yüzlərlə nəfər Almaniyanın şimal-şərqində yerləşən Rostok şəhərində küçələrə çıxıb. Onlar bu ölkədəki inflyasiyaya və enerji qiymətlərinin artmasına etiraz ediblər.

Əllərində plakatlar tutan və təbil çalan aksiyaçılar hökumətin enerji siyasətinə etiraz ediblər.

Rusiyanın «Şimal Axını» boru kəmərindəki təbii qaz cərəyanını dayandırmaq qərarının ardınca, Almaniyada elektrik enerjisinin qiyməti misli görünməmiş tərzdə qalxıbdır.

Kovid karantinlərindən sonra iqtisadi fəaliyyətlərin artması, Avropada atom elektrik stansiyalarının bağlanması, cari ilin yayında quraqlıq ucbatından su səviyyələri aşağı enmiş çayların vasitəsilə elektrik stansiyalarına daş kömürün ötürülməsi bölməsindəki problemlər, bu ölkədə işığın qiymətinin artmasındakı digər amillərdən olubdur.