Sen 22, 2022 09:44 Asia/Baku
  • Putin: SSRİ-ni parçaladılar, indi də Rusiyanı hədəfə alıblar

Rusiya prezidenti kollektiv Qərbin bu ölkə barədə dağıdıcı planlarından danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin xalqa müraciətində deyib.“Qərbin məqsədi ölkəmizi zəiflətmək, parçalamaq və son nəticədə məhv etməkdir. Qərb artıq birbaşa deyir ki, 1991-ci ildə Sovet İttifaqını parçalaya biliblər, indi də Rusiyanın vaxtı çatıb, bir-birinə ölümcül düşmənçilik edən bir çox bölgə və vilayətlərə parçalanmalıdır”.

Rusiya lideri sonra qeyd edib ki, Vladimir Leninin, İosif Stalinin, II Nikolayın işini qiymətləndirmək üçün çox vaxt keçməyib, lakin onlar başqa şeylərlə yanaşı, Rusiyanı böyük gücə çeviriblər.

"Amma onların hamısı - dövlət xadimləri, fəhlələr, döyüşçülər, pionerlər, alimlər, zahidlər və müqəddəslər, ən əsası isə bütün xalqımız Rusiyanı böyük dünya dövlətinə çevirdi, onun taleyini təyin etdi", - deyə RF dövlət başçısı bildirib.

Daha sonra RF dövlət başçısı Rusiya sivilizasiyasının orijinal olduğunu və bu həqiqəti dərk etməkdə təkəbbür olmadığını dilə gətirib:

"Və bunda bir damcı lovğalıq və üstünlük hissi yoxdur. Bu sivilizasiya bizimdir. Bizim üçün vacib olan budur. Vətənimiz üçün, bir olan Vətənimiz uğrunda, azadlığımız, müstəqilliyimiz və suverenliyimiz, mədəniyyətimiz və adət-ənənələrimiz uğrunda döyüşəcəyik, onları əcdadlarımızın və nəsillərimizin adından, xalqımız uğrunda döyüşəcəyik və müdafiə edəcəyik. Rusiya, onun böyük tarixi və böyük gələcəyi naminə", - deyə Putin vurğulayıb. 

Teqlər