Avropada məişət durumuna qarşı etirazlar davam edir
İspaniyada minlərlə nəfər məişət vəziyyətinin ağırlaşmasına dair etirazların davamında küçələrə çıxıb.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniya korona pandemiyası və Ukrayna müharibəsi nəticəsində inflyasiya artımı ilə çarpışır.
Bu ölkədə inflyasiya səviyyəsi iyun ayından bəri ikirəqəmli olub və avqust ayında on tam onda dörd faizə çatıbdır. Bu, ötən əsrin səksəninci onilliyinin ortalarından bəri ən yüksək miqdar sayılır.
Avropa ölkələrində məişət vəziyyətinin ağırlaşmasının davam etməsilə bir zamanda, şənbə günü İspaniyanın paytaxtı Madriddə minlərlə nəfər bu şəraitə etiraz istiqamətində aksiya keçirib.
İspaniya parlamentinin önünə toplaşan etirazçılar öz şüarlarında şərəfli yaşayış, təqaüdçülərin maaşlarının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Dünənki Madrid aksiyasında minlərlə ispaniyalı fəhlə, fəhlələrin müstəqil həmkarlar ittifaqının çağırışı ilə müxtəlif şəhərlərdən bu ölkə paytaxtına gəlmişdi.
İspaniya hökuməti bu etirazların ardınca bildiribdir ki, qarşıdakı bir neçə gündə maaşların artırılması barədə dövlət işçilərilə müzakirəya başlayacaq.
İspaniya hökuməti bu ölkədəki nadir inflyasiya ilə mübarizə məqsədilə son zamanlar iri əmlaklara yeni vergi qanununu gündəmə gətirib.