Sen 27, 2022 19:18 Asia/Baku
  • Almaniya vətəndaşları yüksək qiymətlərə və hökumətin siyasətlərinə etiraz edirlər

Minlərlə Almaniya vətəndaşı bu ölkənin müxtəlif ştatlarında yüksək qiymətlərə və hökumətin siyasətlərinə etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu günlərdə Ukraynada müharibənin yaratdığı inflyasiyanın durmadan artması Avropada, xüsusilə də Almaniyada vətəndaşların kəskin narazılığına səbəb olub.

Mövcud vəziyyətə etiraz olaraq küçələrdə baş verən iğtişaşlar bir çox hakimiyyət orqanları narahat edir. 

Almaniyanın NTV kanalının məlumatına görə, Almaniyanın şərqindəki bir sıra şəhərlərdə minlərlə insan hökumətin siyasətinə qarşı nümayişlər keçirir. Etirazlar əsasən dinc xarakter daşıyır. Bununla belə, "kritik payız"la bağlı narahatlıqlar hələ də qalmaqdadır.

Bildirilir ki, inflyasiya almanların satın almaq istəyini getdikcə azaldır.

Almaniyada Əmanət Fondları rəhbərinin qiymətləndirməsinə görə, alman vətəndaşlarının çoxu misli görünməmiş inflyasiya səbəbindən öz maliyyə həddinə çatıb və qənaət etmək üçün heç nəyi qalmayıb.

Almaniya A.R.D.-nin sifarişi ilə Diamp İnfratest İnstitutunun bu yaxınlarda keçirdiyi sorğunun nəticələri Almaniya vətəndaşlarının böyük əksəriyyətinin enerji istehlakına və gündəlik alış-verişə qənaət etdiyini göstərir.

Almaniya ailələri elektrik stansiyalarının xərclərini ödəməyə kömək etmək üçün rüsum tətbiq edildikdən sonra qaza görə ildə təxminən 500 avro (509 dollar) daha çox ödəməli olacaqlar.

İqtisadçılar xəbərdarlıq ediblər ki, bu fəsadlar Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada inflyasiyanın artımını sürətləndirəcək.

Hazırda bu ölkədə inflyasiya 8,5 faizə çatıb.

Teqlər